Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Təbiətlə öz arzularını, istəklərini bölüşmək qədim bir türk ənənəsidir

0

  •                          

    Ermənilər öz
    xislətinə uyğun olaraq işğal etdikləri ərazilərdə daldalanacaq bir  tikili
    buraxmayıblar. Onlar bu torpaqlarda əbədi qala bilməyəcəklərini əzəl gündən
    bilirdilər. Buna görə də bacardıqları qədər Azərbaycan torpaqlarını
    xarabazarlığa çevirirdilər. Elə bilirdilər ki, Azərbaycan xalqı mübarizə
    aparmayacaq, dədə-baba torpaqlarına qayıtmayacaqlar.

    Belə bir əfsanə
    var: Canavar balalarını ovçu hər il yuvasından yığıb aparır, amma canavar
    növbəti illərdə yenə orada balalayır.  Öz  yuvasın tərk etmir. Türk
    oğlu türk də zaman-zaman  nə qədər qırılsa da, yenə şərait
    yarananda o torpaqlara dönür, o  viran olub talan edilən yurdlarını
    abadlaşdırırlar.

    Cənab İlham
    Əliyevin və Birinci xanım Mehriban Əliyevanın mayın 26-da Füzuli, 
    Cəbrayıl  və Zəngilan  bölgələrinə  səfəri bunun  parlaq
    nümunəsidir. Cənab  İlham  Əliyev  Horadiz-Cəbrayıl –
    Zəngilan  dəmir  yolunun  Soltanlı stansiyası 
    ilə  tanış olduqdan  sonra  Cəbrayıl  330kv  və
    110kv-luq  yarımstansiyalarının təməlini  qoydu.
    Bu  ərazilərdə  gedən abadlıq  işləri  hər  bir 
    təmiz qanlı Azərbaycan vətəndaşının qəlbini dağa döndərir.

    Ölkə Başçısı
    Zəngilan rayonunda aparılan tikintilərlə, yol ötürücüləri ilə hava
    limanının  tikintisi  ilə  yaxından  tanış oldu.

    Prezidentimiz
    Zəngilan  rayonunda çay  kənarında  əyləşməsi də 
    bizi  çox  təsirləndirdi, o sanki öz dərdlərini və qarşıda duran
    çətin diplomatik mübarizənin  planların bu işğaldan azad olan çayla
    bölüşürdü.

    Təbiət qoynunda
    tənha oturub sanki  öz arzularını, istəklərini bölüşmək yenə qədim bir türk ənənəsidir. Qazan Xan da yağılar yurdunu  talan edib xarabazara çevirəndə, çaydan ağır elinin onun üzərindən 
    keçdiyin soruşdu;

    Çağnam-çağnam qayalardan çıxan su,

    Ağac gəmiləri
    oynadan su,

    Ağ 
    qoyunlar  gəlib çevrəsində yatdığı  su,

    Ordumun xəbərin bilirmisin degil mana!

    Qara başım qurban olsun suyum sana-dedi.

    Müzəffər Ali Baş
    Komandanımın çayın  kənarında  yaz  günü əyləşib sakit-sakit, həzin-həzin axan çaya baxıb sanki ondan bu 30 ildə  üstündən
    keçən  yağıların, axan qanları,  göyə yüksələn ah-vayları, qolu
    bağlı,  sinəsi dağlı keçən  ellərinin qanının alındığını, onun 
    bir də  bu  müsibətləri çəkməyəcəyini söyləyirdi. Dərdini
    təbiətlə paylaşmaq, təbiətin  nələr çəkdiyini, onun gördüyü 
    dəhşətləri təbiətə  unutdurmaq,  onun  könlünü  almaq,
    torpağın suyun  türkü bağışlamasını, bu xalqı daim öz üzərində yaşatmasın
    ondan  xahiş  edirdi.

    1086-cı ildə
    yenidən Qafqaza gələn Səlcuq hökmdarı Məlik  şah  qılıncını 
    Qaradəniz dalğalarına atdı və  “Buralar əbədi  türklərin 
    olacaqdır”  dedi.

    Hörmətli İlham Əliyev də bu qədim türk ənənəsinə sadiq  qalaraq öz fikirlərin  bu  çayla bölüşür  ki, Azərbaycan bu azad olunan torpaqları günü-gündən abadlaşacaq. Düşmən  nə  qədər  dağıtsa da 
    müəyyən zaman kəsiyində  bu  torpaqlar yenə cənnətə  dönəcək.

    Ali Baş
    Komandanımız İlham Əliyevin 44 günlük  Vətən 
    müharibəsindən sonra işğal altından  azad  olan torpaqlarımızın
    üzərindən  dünya xalqlarına  bir  daha bəyan  etdi ki,
    Azərbaycan  xalqı  heç vaxt  imkan  verməyəcək 
    ki,  ərazimizdə ikinci erməni dövləti yaradılsın və  yaxud 
    onlara xüsusi bir üstünlük  verilsin. Onlar bunu  bilməlidir.

    Cənab 
    İlham  Əliyevin Zəngilanın  “Ağıllı kənd” layihəsi əsasında tikilən
    Ağalı kəndinin sakinlərinin görüşündə bəyan  etdi  ki, 
    kənddə  bütün lazımı şərait yaradılıb. Artıq 200 ev hazırdı  və 
    yaxın  vaxtlarda  öz sakinlərini  qəbul edəcək.  Ali Baş
    Komandan  İlham Əliyev və  ölkənin Birinci  xanımı
    Mehriban Əliyevanın  kənd  sakini  Səmədovlar ailəsi ilə 
    görüşdə,  Cənab İlham Əliyev bir  daha nəzərə çatdırdı ki, 
    ailənin qızı Gülşən Səmədlinin timsalında bütün gənclərin  doğma
    torpaqlarına  qayıdacaqlarına əmin olduğunu bildirdi.

     

    Sabir Qasımov,

    Xocalı rayon
    Meşəli kəndtam orta məktəbinin tarix müəllimi

       
             

       
             

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib70 dəfə
    Təbiətlə öz arzularını istəklərini bölüşmək qədim bir türk ənənəsidir

    Maraqlı gələ bilər
    72
    114
    72
    66